AGENTLİK

HAQQIMIZDA

“Salam-Azerbaijan” turizm agentliyi yaxın 2017-ci ildə təsis olmasına baxmayaraq, qısa müddət ərzində böyük uğurlara imza atdı – böyük və məmnun müştəri bazası topladı, yüksək keyfiyyətli xidmətlər təklif etdi. Agentliyimiz turizm sahəsində A sinfinə aid müxtəlif yüksək səviyyəli xidmətlər təklif etməkdədir. Bu sahədə biz dünyanın ən sanballı və etibarlı şirkət və otelləri ilə əməkdaşlıq edirik.

Hal-hazırda Rusiya, ərəb dilli ölkələr tərəfindən Azərbaycana xüsusi turist axınını nəzərə alıb, professional qid, transfer xidmətlərini xidmət çeşidimizə əlavə etdik. Təqdim etdiyimiz ali savadlı qidlər ərəb və rus dillərində səlis danışığa malikdirlər.
Bundan əlavə, biz əcnəbi ölkələrə səyahət edəcək həmyerlilərimizə üz tutacaqları ölkələrdə bir sıra əlavə xidmətlər təklif edirik – Azərbaycan dilli qid, transfer və nəqliyyat xidmətləri.

“Salam-Azərbaycan” şirkətinin təsisçisi Azərbaycanda telekommunikasiya sahəsində önəmli paya sahib West Telecom şirkətlər qrupudur. Şirkət 10 ildən artıqdır ki, Azercell, Bakcell və Azerfon kimi mobil operatorların rəsmi təmsilçisidir. Şirkət, həmçinin, Bakı və regionlarda onlarla topdan və pərakəndə elektron avadanlıqları, mobil telefonların satışı və servis xidmətini təqdim edir. Agentliyimiz bu mötəbər şirkətin bir hissəsi olaraq daim savadlı kadrlar mübadiləsində iştirak edir, genişlənir. 

Geniş çeşidli xidmətlərimizi ümumiləşdirsək, agentliyimizin təqdim etdiyi xidmətlər aşağıdakı kimidir:
— Bilet satışı
— Otel rezervasiyası
— Turların təşkili
— Nəqliyyat xidmətləri

Agentliyimiz Azərbaycan və əcnəbi ölkələrdə keçirilən turizm sərgilərinin aktiv iştirakçısıdır. Bu sərgilərdə biz xarici şirkət və agentliklərlə yeni əlaqələr qurur, onların təcrübələrindən istifadə edib, ölkəmizdə tətbiq etməyə çalışırıq.

Biz daim yeniliklərə açığıq. Bunun üçün bizə müraciət etməyiniz yetər!
Görüşənədək! 

SALAM AZERBAIJAN TRAVEL
ATATÜRK PR. 2, NƏRİMANOV RAYONU, BAKI AZ1100, AZƏRBAYCAN
+99412 4440221
+994504440221, + 994554440221, +994704440221
SAYTIN İSTEHSALI SHUKURZADE & COMPANY SHUKURZADE & COMPANY